Putin Ərdoğanı təbrik etdi

25.06.2018 11:47

Rusiya prezidenti Vladimir Putin Rəcəb Tayyib Ədoğanı yenidən Türkiyə prezidenti postuna seçilməsi münasibətiylə təbrik edib.

TASS agentliyi xəbər verir ki, bu haqda Kremlin mətbuat xidmətindən bildiriblər.

"Rusiya dövlətinin başçısı vurğulayıb ki, səsvermənin nəticələri tam ölçüdə Ərdoğanın böyük siyasi nüfuzunu, həmçinin onun rəhbərliyi altında həyata keçirilən xarici siyasət kursunun və aktual ictimai-iqtisadi məsələlərin həllinin geniş dəstəkləndiyini göstərir”, - xəbərdə deyilir.

Qeyd edək ki, Türkiyədə iyunun 24-də keçirilən prezident və parlament seçkilərinin nəticələri məlum olub. Seçkilərə Milliyyətçi Hərəkat Partiyası (MHP) və Böyük Birlik Partiyası (BBP) ilə ittifaq quraraq gedən iqtidardakı Ədalət və İnkişaf Partiyasının (AKP) namizədi, hazırkı prezident Rəcəb Tayyib Ərdoğan 52.5% səs toplayaraq ilk turda yenidən prezident seçilib.

© xezerxeber.az


490 dəfə oxunub

XƏBƏRLƏR

23.07.2018 14:36

Lavrov İsrailə gedir

ÇOX OXUNANLAR