Türkiyədə seçkilərin ilkin nəticələri açıqlandı – Prezident kim olacaq?

24.06.2018 20:18

Türkiyədə keçirilən növbədənkənar prezident və parlament seçkilərinin ilk nəticələri açıqlanıb.

Seçki bülletenlərinin 31,20 faizinin hesablanmasından sonra məlum olan nəticələrə görə, prezidenti postu uğrunda hazırkı prezidenti Rəcəb Tayyib Ərdoğan (Ədalət və İnkişaf Partiyası - AKP) 57,86 faiz səs toplayıb.

Məhərrəm İncə (Cümhuriyyət Xalq Partiyası - CHP) 27,67 faiz, Meral Akşener (İYİ Partiyası) 7,52 faiz, Səlahəddin Demirtaş (Xalqların Demokrat Partiyası - HDP) - 5,82 faiz,Temel Karamollaoğlu (Səadət Partiyası) 0,94 və Doğur Perinçek ("Vətən” Partiyası) 0, 18 faiz səs toplayıb.

Parlement seçkiləri üzrə 13,28 faiz bülletün sayılıb. İlkin nəticələrinə görə, AKP və Milliyyətçi Hərəkat Partiyasının yer aldığı "Cümhur ittifaqı” parlamentdə əksəriyyəti 64, 39 faizlə (AKP - 51,33, MHP-13,03) təmin edir. CHP, İYİ və Səadət partiyalarının yer aldığı "Millət ittifaqı” ilkin nəticələrinə görə, 25,87 faiz (CHP -15,96, Səadət 1,3, İYİ 8,61 faiz) səs qazanıb.

İlkin nəticələrə görə, HDP 7, 54 faiz səs toplayaraq lazım olan 10 faizlik baryeri keçə bilmir.

© xezerxeber.az


450 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR