İran ABŞ-ı daxili işlərinə qarışmaqda ittiham etdi

21.06.2018 13:07

İranda üç polis nəfərini qətlə yetirməkdə təqsirli bilinərək məhkəmənin hökmü ilə asılmaqla edam edilən Məhəmməd Salasın hüquqlarının pozulması haqqında ABŞ-ın bəyanatı birmənalı qarşılanmayıb.

AZƏRTAC İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Bəhram Qasimiyə istinadla xəbər verir ki, M.Salas cari ilin fevralında Tehranda idarə etdiyi avtobusu qəsdən polis əməkdaşlarının üzərinə sürərək üç qanun keşikçisini qətlə yetirib. Məhkəmə prosesində M.Salasın cinayət törətməsi tam olaraq sübuta yetirilib. Bundan başqa, M.Salas etiraf edib ki, polislərin qətlə yetirilməsi əvvəlcədən hazırlanmış plana əsasən baş verib.

B.Qaşimi ABŞ-ın bəyanatını İranın daxili işlərinə qarışmaq kimi qiymətləndirərək diqqətə çatdırıb ki, ABŞ məhkəmələri tərəfindən hər il 100-dən çox edam hökmü çıxarılır və yerinə yetirilir.

© xezerxeber.az


307 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR