Şimali Koreya 200 amerikalı əsgərin nəşini geri qaytardı

21.06.2018 10:26

Şimali Koreya ABŞ tərəfinə Koreya müharibəsində həlak olmuş 200 hərbçinin nəşi təhvil verib.
Modern.az "TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp Minnesota Ştatı Dulut şəhərində tərəfdaşları qarşısında çıxışı zamanı bildirib.
"Biz bizim həlak olmuş böyük qəhrəmanlarımızın qalıqlarını geri qaytardıq. Bu gün 200 hərbçinin nəşi geri qaytarılıb” – Tramp bəyan edib.
"Reuters” agentliyinin məlumatına görə həlak olmuş hərbçilərin kimliklərinin müəyyən olunması prosesi aylar, hətta illər çəkə bilər.
Qeyd edək ki, bundan əvvəl "Reuters” agentliyi Şimali Koreyanın ABŞ hərbçilərinin qalıqlarını Cənubi Koreyaya təhvil verməli olduğunu bildirib. Oradan həmin qalıqlar ABŞ-ın Havay adalarındakı Xikem bazasına gətirilib.

© xezerxeber.az


332 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR