Kim Trampa Soxe poliqonunu bağlayacağına söz verib

21.06.2018 10:17

Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen In Şimali Koreyada Soxe poliqonunu bağlayacağına dair söz verib.
APA-nın "CBS News”-a istinadən verdiyi xəbərə görə, o, ABŞ prezidenti Donald Trampla görüşdə bildirib ki, Şimali Koreyanın qərbində yerləşən Pxenan-Pukto əyalətində yerləşən raket poliqonunu bağlayacaq.
Ancaq Kimin sözünə nə zaman əməl etməyə başlayacağı hələlik bəlli deyil.
"ABŞ danışıqlarda irəlilədikcə bu məsələni diqqətdə saxlayacaq”, - deyə Ağ evin yaydığı məlumatda qeyd edilib.
Qeyd edək ki, Kim Soxe poliqonundan raket mühərrikləri test etmək üçün istifadə edir.

© xezerxeber.az


331 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR