Avropa İttifaqı Təhlükəsizlik Şurası yaradır

20.06.2018 10:29

Almaniya və Fransa Avropa İttifaqının Təhlükəsizlik Şurasını yaratmaq qərarına gəlib.
APA-nın xəbərinə görə, bu barədə məlumat Almaniya hökumətinin rəsmi saytında dərc edilib.
Məlumatda bildirilir ki, Almaniya kansleri Angela Merkel və Fransa prezidenti Emmanuel Makron Avropa İttifaqında islahata dair təklifləri müzakirə edib və Aİ Təhlükəsizlik Şurasının yaradılmasını fikrini dəstəkləyiblər. A. Merkel deyib ki, bu müzakirələr Avropa İttifaqının inkişafı və ölkələr arasında əməkdaşlıq üçün yeni imkan açıb.

© xezerxeber.az


172 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR