Ramazan bayramı günlərində Türkiyədə baş verən qəzalarda 67 nəfər həyatını itirib

18.06.2018 11:25

Ramazan bayramı günlərində Türkiyə ərazisində 87 yol-nəqliyyat hadisəsi qeydə alınıb.

AZƏRTAC Türkiyənin rəsmi mənbələrinə istinadla xəbər verir ki, iyunun 14-dən 18-dək baş verən qəzalarda 67 nəfər həyatını itirib, 341 nəfər yaralanıb.

Qeyd edək ki, həyata keçirilən çoxsaylı tədbirlərə baxmayaraq, Türkiyədə bayram tətillərində ağır yol-nəqliyyat hadisələri baş verir.

© xezerxeber.az


263 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR