Dünyanın ən bəxtsiz adamı: 60 milyon dolları yanlışlıqla zibilliyə atdı

27.05.2018 15:55

Amerikalı Ceyms Houels kripto pullarının şifrəsi yerləşən yaddaş kartını yanlışlıqla zibil qabına atıb.

Uelsdə yaşayan Houels kripto pul yaradıcısıdır. 32 yaşlı Ceymsin diqqətsizliyi ona 60 milyon dollara başa gəlib. 2009-cu ildə dostları ilə 7500 ədəd Bitcoin toplayan Ceyms Houels kripto pullara şifrə qoyub. Məlumatları yaddaş kartında saxlayan Ceyms evi təmizləyərkən yanlışlıqla kartı zibilliyə atıb. O bildirir ki, 2 yaddaş kartı arasından səhvən şifrə qeyd olunanı götürüb və onu atıb.

Şifrəsi itən pulun dəyəri 60 milyon dollardır.

© xezerxeber.az


503 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR