Koreya liderləri yenidən görüşüblər

26.05.2018 16:34

Koreya Respublikasının Prezidenti Mun Ce-in və Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen In yenidən görüşüblər.

Xezerxeber.az xəbər verir ki, bu barədə Cənubi Koreyanın Prezident ofisi məlumat yayıb. Görüş mayın 26-da yerli vaxtla saat 15:00-dan 17:00-dək iki Koreya arasındakı demilitarizasiya zonasında yerləşən Panmuncom qəsəbəsində baş tutub.

Dövlət başçıları aprel ayında keçirilmiş görüşdə əldə olunan razılaşmaların həyata keçirilməsinə dair məsələləri müzakirə ediblər. Prezident Mun Ce-in yaxın saatlarda görüşdə əldə olunan nəticələr barədə açıqlama verəcək.

© xezerxeber.az


318 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR