“Bunsuz heç bir sülh müqaviləsi olmayacaq” - Müsəlman dünyasını ŞOKA SALACAQ ŞƏRT

25.05.2018 13:56

İsrail Qüdsün bölünməsini mümkün hesab etmir, bu ideya reallıqdan uzaqdır.

"RİA-Novosti” agentliyi xəbər verir ki, bunu İsrailin ekologiya və Yerusəlim məsələləri üzrə nazir Zeyev Yelkin bildirib.

"Mən də daxil olmaqla, hökumətin mövqeyi birmənalıdır: biz Qüdsün bölünməsi perspektivlərini görmürük. İdeoloji nöqteyi-nəzərdən, Qüds həmişə yəhudi dövlət paytaxtı olub. Bu şəhəri bu gün artıq bölmək mümkün deyil”, - nazir deyib.

O vurğulayıb ki, Qüdsün İsrailin paytaxtı kimi tanınması olmadan heç bir sülh müqaviləsi olmayacaq".

Xatırldaq ki, Fələstinin yəhudi və ərəb dövlətləri arasında bölünməsinə dair BMT-nin 1947-ci il tarixli planına əsasən, Qüdsə xüsusi status verilib, o, beynəlxalq suverenlik və nəzarətə alınıb. Müqəddəs şəhərin qərb yarısı 1948-ci ilin Ərəb-İsrail müharibəsində ələ keçirilib. İsrail Şərqi Qüdsü 1967-ci ildə - Suriya, Misir və İordaniya ilə müharibə əsnasında işğal edib. İsrailin Şərqi Qüdsü işğal etməsi de-fakto bütün şəhəri İsrailin nəzarəti altına salıb. İsrailin yurisdiksiyası və Qüdsün onun mülkiyyəti olması beynəlxalq ictimaiyyət tərəfindən tanınmır. Qüdsün statusu Fələstin-İsrail münaqişəsinin həlli istiqamətində səylərin əsas nöqtələrdən biridir.

İsrail 1980-ci ildə "Qüds Qanunu"nu qəbul edib, "Qüdsün İsrailin birləşdirilmiş və vahid paytaxtı" olduğunu bildirərək Şərqi Qüdsün ilhaqını rəsmiləşdirib.

Buna cavab olaraq, BMT Təhlükəsizlik Şurası 1980-ci ildə 478 saylı qətnamə qəbul edərək, bu qanunu etibarsız sayıb./publika.az

© xezerxeber.az


468 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR