Kürd İşçi Partiyasının terrorçuları Almaniyadan Suriya və İraqa gedirlər

22.05.2018 16:55

AFR hökumətinə terrorçu qruplaşmaları dəstəkləmək üçün Almaniyadan Suriya və İraqa yola düşən mindən çox ekstremistin adı məlumdur. AZƏRTAC Solçular Partiyasının Bundestaqdakı fraksiyasının sorğusuna Almaniya hökumətinin rəsmi cavabına istinadla bildirir ki, onların yarıdan çoxu AFR vətəndaşıdır.

Açıqlanan rəqəmlər göstərir ki, AFR-dən döyüş əməliyyatları rayonlarına yola düşənlərin sayı yenidən artıb, amma iki il əvvəllə müqayisədə xeyli azdır. Məlumatdan o da məlum olur ki, Kürd İşçi Partiyasının (PKK) və "Kürd Özünümüdafiə Dəstələri” deyilən PYD qruplaşmasının 243 tərəfdarı terrorçu fəaliyyətdə iştirak etmək üçün 2013-cü ildən etibarən Almaniya hüdudlarını tərk edib. PKK-nın özü də Almaniyada terrorçu təşkilat sayılır. Suriya, İraq və Türkiyədə onlarca almaniyalı terrorçu həbsdədir. Bir çoxları, o cümlədən qadınlar və uşaqlar artıq Almaniyaya qayıdıb. 2017-ci il parlament seçkilərindən sonra Almaniyada yeni hökumət formalaşan zaman mühafizəkar XDİ/XSİ partiyaları və sosial demokratlar bloku koalisiya sazişində göstəriblər ki, ikili vətəndaşlığı olan, amma qaynar nöqtələrə yollanan ekstremistlərin terrorçu qruplaşmanın tərəfində döyüş əməliyyatlarında iştirakı sübuta yetirilsə, onlar AFR vətəndaşlığından məhrum edilməlidirlər.

© xezerxeber.az


386 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR