"Heç kim bizi Suriyadan çıxara bilməz" - Tehrandan Putinə cavab

21.05.2018 17:10

İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Qasım Bəhrami Rusiya prezidenti Vladimir Putinin İranın Suriyadan çıxmasını istəməsi ilə bağlı iddiaları şərh edib.

Tehranda keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandıran Bəhrami "Rusiya xarici güclərin Suriyadan çıxmasını istəyir. Moskvanın İranı Suriyadan çıxmağa məcbur etməsi mümkündürmü?” sualına "Kimsə İranı nəyəsə məcbur edə bilməz. İran lazım olduğu qədər və Suriya dövləti istədiyi müddətdə köməyini davam etdirəcək”, - deyə cavab verib.

ABŞ-ın birtərəfli qaydada nüvə sazişindən çıxmasından sonra İranın razılaşmanın digər iştirakçıları olan Avropa ölkələri ilə müzakirələrinə toxunan Bəhrami, sözə deyil, əmələ baxacaqlarını vurğulayaraq, Avropadan daha qəti addımlar gözlədiklərini bildirib.

Qeyd edək ki, mayın 17-də Soçidə Bəşər Əsədlə görüşən Rusiya prezidenti Vladimir Putin xarici güclərin Suriya ərazisindən çıxarılmalı olduğunu bildirib.

© xezerxeber.az


570 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR