Qazaxıstanda neft yatağında yanğın olub, 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb

20.05.2018 17:02

Ötən gecə Qazaxıstanın Manqistau vilayətində neft yatağında baş verən yanğın nəticəsində 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb.
APA-nın "Novosti-Kazaxıstan” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Qazaxıstan Daxili İşlər Nazirliyinin Fövqəladə hallar üzrə komitəsi məlumat yayıb.
Məlumatda qeyd edilir ki, 19 may saat 22.22 radələrində "Kommunay" yatağında təmir edilən quyuda 40 kv.m sahəni əhatə edən yanğın olub. Yanğın 2 saat ərzində, 20 may gecə saat 00.23 radələrində söndürülüb. Hadisə nəticəsində yanıq xəsarəti alan "M-Texservis" şirkətinin 1986-cı il təvəllüdlü əməkdaşı ölüb, 3 nəfər xəstəxanaya yerləşdirilib.

© xezerxeber.az


487 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR