"Mercedes" 25 minə yaxın avtomobilini geri çağırıb

24.04.2018 17:44

"Mercedes-Benz" şirkəti Rusiyada 25 minə yaxın avtomobilini geri çağırıb.

XəzərXəbər-in məlumatına görə, qərar təhlükəsizlik yastıqlarında qeydə alınan qüsurlarla əlaqədardır.

Məlumatda qeyd olunur ki, təhlükəsizlik yastıqları bəzi hallarda heç bir səbəb olmadan işə düşə bilər.

Qeyd edək ki, geri çağırılma 2014-2017-ci illərdə Rusiyada satılmış A, B, C, eləcə də CLA, GLA, GLC modellərinə şamil olunur.

Şirkətdən bildirilib ki, bu avtomobillərdə təmir işləri ödənişsiz əsasda həyata keçiriləcək.

© xezerxeber.az


315 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR