Kabildə partlayış nəticəsində ölənlərin sayı 48 nəfərə çatıb

22.04.2018 17:18

Kabildə partlayış nəticəsində ölənlərin sayı 48 nəfərə çatıb.
APA-nın məlumatına görə, bu barədə "TOLOnews" telekanalı Əfqanıstan Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.
Partlayış nəticəsində 112 nəfər yaralanıb
Bundan əvvəl partlayış nəticəsində 31 nəfərin öldüyü, 50-dən çox insanın yaralandığı bildirilib.
Qeyd elək ki, Kabildə seçici qeydiyyat mərkəzi qarşısında terrorçu-kamikadze tərəfindən törədilən partlayışa görə məsuliyyəti İŞİD terror təşkilatı öz üzərinə götürüb.

© xezerxeber.az


145 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR