Ermənistanı etiraz dalğası bürüdü - Din xadimləri də etirazçılara qoşuldu - FOTO

22.04.2018 15:41

Ermənistanı etiraz dalğası bürüyüb. Artıq ölkənin bütün regionlarında etiraz aksiyaları başlayıb. 

Xezerxeber.az-ın məlumatına görə, etirazçı kütlə şəhərlərin mərkəzlərinə doğru hərəkət edir. Yerli KİV-lərin məlumatına görə, Serj Sarkisyan əleyhinə başlayan etiraz aksiyalarına ölkənin din xadimləri də qoşulub. 

Qeyd edək ki, bu gün Ermənistan baş naziri Serj Sarkisyan və N. Paşinyan arasında görüş keçirilib. S. Sərkisyanın istefası tələbi ilə keçirilən görüş nəticəsiz başa çatıb. Sarkisyan müxalifətçi deputatla qısa dialoqdan sonra görüşü tərk edib.

Görüşün əvvəlində baş nazir bildirib ki, danışıqlar jurnalistlərin iştirakı olmadan aparılmalıdır. Paşinyan isə buna cavabında deyib ki, danışıqlarda ancaq onun istefası müzakirə ediləcək.

"Əgər siz bu cür danışmağa davam etsəz, mənə yalnız hüquqi müstəviyə və məntiqi hərəkətlərə qayıtmaq qalır, əks halda bütün məsuliyyət sizin üzərinizə düşür, seçin", deyə Sarkisyan bildirib.

Paşinyan qeyd edib ki, heç kim onunla hədə-qorxu dilində danışa bilməz. O əlavə edib ki, prezident ölkədə nə baş verdiyini dərk etmir: "Ölkədə hakimiyyət xalqa keçib".

Görüşdən az sonra İrəvanda müxalifət lideri Nikol Paşinyan saxlanılıb.

© xezerxeber.az

FOTOQALERIYA






866 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR