Erməni polisi etirazçılara güc tətbiq edib, xəsarət alanlar var - FOTO

22.04.2018 12:50

Ermənistan polisinin etiraz aksiyalarının iştirakçılarına qarşı güc tətbiq etməsi nəticəsində bir neçə nəfər xəsarət alıb.

Xezerxeber.az-ın KİV-lərə istinadən verdiyi məlumata əsasən, təcili yardım maşınları hadisə yerindən yaralananları aparıb.

Yürüş İrəvanın Erebuni rayonunda dayandırılıb. Polis etirazçıları mühasirəyə alıb, asayiş keşikçiləri gözyaşardıcı qazdan istifadə edib, xüsusi təyinatlılar kütlədən Paşinyanı zorla maşına mindirərək naməlum istiqamətə aparıb. Bu zaman polislə etirazçılar arasında toqquşma baş verib

Qeyd edək ki, bu gün Ermənistan baş naziri Serj Sarkisyan və N. Paşinyan arasında görüş keçirilib. S. Sərkisyanın istefası tələbi ilə keçirilən görüş nəticəsiz başa çatıb. Sarkisyan müxalifətçi deputatla qısa dialoqdan sonra görüşü tərk edib.

Görüşün əvvəlində baş nazir bildirib ki, danışıqlar jurnalistlərin iştirakı olmadan aparılmalıdır. Paşinyan isə buna cavabında deyib ki, danışıqlarda ancaq onun istefası müzakirə ediləcək.

"Əgər siz bu cür danışmağa davam etsəz, mənə yalnız hüquqi müstəviyə və məntiqi hərəkətlərə qayıtmaq qalır, əks halda bütün məsuliyyət sizin üzərinizə düşür, seçin", deyə Sarkisyan bildirib.

Paşinyan qeyd edib ki, heç kim onunla hədə-qorxu dilində danışa bilməz. O əlavə edib ki, prezident ölkədə nə baş verdiyini dərk etmir: "Ölkədə hakimiyyət xalqa keçib".


© xezerxeber.az

FOTOQALERIYA






363 dəfə oxunub

ÇOX OXUNANLAR