“Şimali Koreyanın bu tələbini dəstəkləyirik” - Mun Çje İn

19.04.2018 13:55

Cənubi Koreya prezidenti Mun Çje İn Şimali Koreyanın sülh müqaviləsi bağlanması ilə bağlı təklifini dəstəkləyib.

Mun Çje İn bildirib ki, 65 ildir mövcud olan atəşkəs rejiminə son qoymalı və müharibəni sona çatdırmağa dair bəyannamə vasitəsilə sülh müqaviləsi bağlamağa çalışmalıyıq.

Qeyd edək ki, 1950-1953-cü illərdə Koreya müharibəsindən sonra KXDR və ABŞ rəsmi şəkildə müharibə vəziyyətindədirlər. Pxenyan tərəfindən sülh müqaviləsi bağlamaq üçün olunan bütün cəhdlər, Vaşinqton tərəfindən rədd edilib.

© xezerxeber.az


216 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR