Praqa Suriya problemini sülh yolu ilə nizamlamağa çağırır

19.04.2018 13:15

Çexiya parlamentinin xarici siyasət və müdafiə məsələləri üzrə komitələri hökuməti Suriya münaqişəsinin sülh yolu ilə nizamlanması üzrə qərarların axtarışına daha fəal qoşulmağa çağırıb. Komitə nümayəndələrinin fikrincə, Çexiya hökuməti Suriyada kimyəvi hücumun araşdırılmasına öz ekspertlərini qoşmağa hazırdır.

Bu barədə ÇTK agentliyinə həmin komitələrin sədrləri Yana Çernoxova və Lyubomir Zaoralek məlumat veriblər.

Y.Çernoxova xatırladıb ki, Çexiya səfirliyi Dəməşqdə qalıb işləyən və Aİ ilə ABŞ-ın maraqlarını təmsil edən az sayda diplomatik nümayəndəliklərdən biridir. Deputatın fikrincə, bu hal Suriyada vəziyyətin yaxşılaşmasına öz töhfəsini vermək üçün Çexiyaya xüsusi şans verir.

© xezerxeber.az


88 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR