ABŞ və Cənubi Koreya birgə hərbi təlimləri bərpa edəcək

20.03.2018 13:48

Rəsmi Vaşinqton və Seul Koreya yarımadasında birgə hərbi təlimləri davam etdirəcək.

Bu barədə Pentaqonun məlumatında deyilir.

Bildirilir ki, Şimali Koreya tərəfi hərbi təlimlərin bərpası ilə bağlı məlumatlandırılıb. Yeni təlimlərə aprelin 1-də start veriləcək.

Qeyd edək ki, təlimlərə Cənubi Koreyanın Pxençxan şəhərində Qış Olimpiya və Paralimpiya Oyunları ilə əlaqədar fasilə verilmişdi./publika.az

© xezerxeber.az


298 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR