Tramp narkotacirlərin öldürülməsini istəyir

19.03.2018 16:09

ABŞ prezidenti Donald Tramp ölkədə narkotik maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə barədə plan irəli sürəcək.

Tramp plan çərçivəsində narkotik ticarəti ilə məşğul olanlara ən yüksək cəza kimi ölüm hökmünün tətbiq olunmasını təklif edəcək.

"Ədliyyə Nazirliyi narkotik vasitələrin ticarəti ilə məşğul olanlara qüvvədə olan qanunvericilik çərçivəsində ölüm hökmünün tətbiq edilməsinə nail olmağa çalışacaq”, - deyə Ağ evin nümayəndəsi Endryu Bremberq bildirib.

Ağ ev narkotik vasitələrin ticarəti ilə məşğul olan şəxslərə hansı şərtlərlə ölüm hökmü veriləcəyini dəqiqləşdirməyib.

© xezerxeber.az


257 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR