Gürcüstanın baş naziri istefaya gedir - Açıq məktub

18.03.2018 13:53

Gürcüstan Baş naziri Georgi Kvirikaşvili tezliklə istefaya gedə bilər.

Bu barədə informasiyanı "Rustavi 2" televiziyası yayıb. Televiziya istefaya hökumətdə təmsil olunan daha bir neçə nəfərin də gedəcəyini bildirib:

"Kvirikaşvilinin istefası onun Rusiya hakimiyyətinə münasibətlərin düzəlməsiylə bağlı açıq məktubundan sonra gündəmə gəlib. Nəticədə gürcü hökumətində bununla bağlı fikir ayrılığı yaranıb. Kvirikaşvili ilə bərabər hazırda öz vəzifəsini Daxili İşlər naziri Georgi Qaxariya və Maliyyə naziri Mamuka Baxtadze də tərk edə bilər. Yekun qərarı hakim Gürcü Arzusu Partiyasının təsisçisi Bidzina İvanişvilinin verməsi gözlənilir"./axar.az

© xezerxeber.az


538 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR