Bakı
8 C
USD
EUR
1.7001
2.0116
RUB
GBP
0.0290
2.2843
XƏBƏR
ARXİVİ

Bətnindəki körpəni 50 il doğmadı - Möcüzədir... - FOTOLAR

23.02.2018 17:36

Həyat möcüzələrlə doludur. Bu dəfə həkimlərin açıqlaya bilmədiyi tibbi möcüzələrdən bəhs edəcəyik.

Mərakeşli Zəhra Əbutalib adlı qadın yarım əsrdən çox qarnında körpəsini daşıyıb. 1955-cü ildə xəstəxanaya doğum üçün yerləşdirilən qadın qeysəriyyə şöbəsində ölüm ayağında olan başqa qadını görüncə əməliyyatdan imtina edib. Ağrılar getdikdən sonra qadın uşağını "yatan körpə" adlandırıb.

Mərakeş xalqının inancına görə, qadınların qürurunu qorumaq üçün körpələr ana bətnində yaşayırlar. 75 yaşına gəldiyində Zəhra dözülməz ağrılar çəkməyə başlayıb. Həkimlərin ultrasəs müayinəsindən sonra körpənin ana bətnində öldüyü məlum olub. İşin möcüzəvi tərəfi o idi ki, ananın bədəni ölü körpəni orqan kimi qəbul edərək funksiyalarına davam edib.

Ancaq 50 il sonra fetus həddindən artıq böyüdüyü üçün ətrafdakı orqanları zədələyib. Nəticədə, 5 saatlıq əməliyyatdan sonra qadının bətnindəki kirəcləşmiş fetus xaric edilib. Kirəncləşən fetus nümunələri tibb tarixində nadir rast gəlinir.

"Journal of Royal Society of Medicine" qəzetinin məlumatına görə, dünyada sadəcə 290 belə hadisə baş verib.

Şannon Malloyun hekayəsi imkansızın digər adıdır desək yanılmarıq

Malloy 2007-ci ildə avtomobil qəzası keçirib və bu qəzada başı qopub. Yaşaması möcüzə olan qadının başı yerinə tikilib. Hazırda, qadın həyatına davam edir.

2009-cu ildə keçirdiyi qəza nəticəsində Katrina Burgessin bədənindəki bütün sümüklər qırılıb. Ancaq Burges titanium çubuqlar sayəsində həyata qaytarılıb. O, hazırda modelliklə məşğuldur.

Dzhana Simmons adlı 14 yaşlı gənc qız 4 ay ürəyi olmadan yaşayıb.


Şannon və Mayk Gimbel əkizləri də tibb möcüzələrindəndir. Əkizlərdən biri digərinin yaşaması üçün ölməli idi. Ancaq həkimlər onların hər ikisini həyatda saxlamağı bacarıb.

Metbuat.az

© xezerxeber.az


292 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR