Azərbaycanın axtarışa verdiyi təhlükəli cani Ukraynada yaxalandı - FOTO

23.02.2018 14:07

Ukraynada mütəşəkkil cinayətkar dəstənin liderlərindən biri olan azərbaycanlı saxlanılıb.
 
APA-nın "korrespondent.net” saytına istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) mətbuat xidməti məlumat yayıb.
 
Həmin şəxs ağır və xüsusilə ağır cinayətlərdə, konkret olaraq, soyğunçuluq məqsədilə mütəşəkkil qruplaşmanın tərkibində silahlı hücumda təqsirləndirilərək cinayət məsuliyyətinə cəlb edilməsi üçün Azərbaycan tərəfindən beynəlxalq axtarışa verilib. Ukrayna Təhlükəsizlik Xidməti onun mərkəzi vilayətlərin birində, kiçik qəsəbədə gizləndiyini müəyyənləşdirib. Keçirilən əməliyyatla o, saxlanılıb.
 
Hazırda adı açıqlanmayan həmin şəxsin Azərbaycana ekstradisiyası məsələsi həll olunur.

© xezerxeber.az

FOTOQALERIYA






716 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR