Rusiyada “Yandeks”in binaları boşaldıldı - SƏBƏB

23.01.2018 16:59

Rusiyanın bir neçə şəhərində "Yandeks” şirkətinin binaları təxliyə olunub.

Trend-in məlumatına görə, buna ofislərə bomba qoyulması barədə anonim zənglər səbəb olub.

Qeyd olunur ki, anonim zənglər "Yandeks” şirkətinin Moskva, Sankt-Peterburq və Yekaterinburq şəhərlərində olan binaları ilə bağlı qeydə alınıb.

Zənglərdən dərhal sonra binalar boşaldılıb.

Hazırda ofislərdə axtarışlar davam etdirilir.

© xezerxeber.az


373 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR