Rusiya bombardmançılarını Suriyadan çıxarıb

13.12.2017 10:58

Suriyada terrorçuların mövqelərinə avia zərbələr endirən Rusiyanın bombardmançı təyyarələri İrkutsk vilayətinə qayıdıb. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

"Suriya Ərəb Respublikası ərazisində terrorçuların mövqelərinə zərbələrin vurulmasını uğurla yerinə yetirən "Tu-22M3" bombardmaçı təyyaərələri İrkutsk vilayətindəki aerodromuna eniş edib",-deyə Nazirliyin informasiya və kütləvi kommunikasiyalar departamentinin məlumatında bildirilir.

Buna qədər prezident Vladimir Putin bəyan edib ki, Rusiya hərbçiləri Suriyadan qələbə ilə geri qayıdırlar./faktxəbər

© xezerxeber.az


253 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR