Gələn həftə Saakaşvili yenidən dindiriləcək

13.12.2017 10:22

Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili Ukrayna Baş Prokurorluğuna gedəcəyini bildirib.

Növbəti dindirilmə dekabrın 18-də baş tutacaq.

Mixail Saakaşvili yerli telekanalların birində çıxışı zamanı deyib ki, prokurorluğa hörmət etməsə də, qanuna hörmət edir.

Qeyd edək ki, onun tələblərindən biri məhz prokurorun istefasıdır./AzNews.az

© xezerxeber.az


247 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR