Rusiya Türkiyəyə 2,5 milyard dollarlıq "S-400" satacaq

13.12.2017 10:15

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putinin Ankarada baş tutan görüşü zamanı "S-400” zenit-raket komplekslərinin alınması ilə bağlı son detallar müzakirə olunub.

Razılaşmaya görə ilkin olaraq Türkiyə kredit yolu ilə Rusiyadan 4 ədəd "S-400” alacaq.

Layihənin ümumi dəyəri 2,5 milyard dollar təşkil edəcək. Türkiyə bu məbləği kredit yolu ilə ödəyəcək.

Qeyd olunub ki, gələcəkdə "S-500” layihəsinin hazırlanması üçün Rusiya Türkiyə ilə birgə çalışa bilər.

© xezerxeber.az


92 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR