Saakaşvili azadlığa buraxıldı

12.12.2017 09:39

Gürcüstanın sabiq prezidenti, Ukraynanın Odessa vilayətinin keçmiş rəhbəri Mixail Saakaşvili sərbəst buraxılıb.

Kiyevin Peçerski rayon məhkəməsi sabiq prezidentin ev dustaqlığına məhkum edilməsi ilə bağlı vəsatəti təmin etməyib.

Saakaşvili Ali Rada deputatlarının zaminliyi ilə məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, dekabrın 8-də Kiyevdə saxlanılan Saakaşvili cinayətkar təşkilatların üzvləri ilə işbirliyi və onların cinayət əməllərinin gizlədilməsi maddələri ilə ittiham olunurdu.

© xezerxeber.az


71 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR