Putinlə Ərdoğan görüşdü

12.12.2017 09:36

Ankarada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putin arasında görüş baş tutdu.

2 saata yaxın davam edən görüşdə liderlər Qüdslə bağlı vəziyyəti müzakirə ediblər.

"Biz regionda mövcud olan əsas problemləri müzakirə etdik. ABŞ müsəlmanları, xristianları, hətta yəhudiləri məyus edən qərar qəbul etdi. Son günlər münaqişə zəminində 4 fələstinli həyatını itirib. İsrail hazırki vəziyyəti Fələstini daha çox sıxışdırmaq üçün dəyərləndirir." - bu fikirləri Putinlə müştərək küçən mətbuat konfransında Ərdoğan bildirib.

***

Dövlət başçıları görüşdən sonra mətbuata açıqlama ilə çıxış edəcəklər.

***

Ankarada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putin arasında görüş başlayıb.

Liderlər görüş zamanı aktual məsələləri, ilk növbədə enerji sahəsində birgə layihələrin həyata keçirilməsini müzakirə etməyi planlaşdırır.

Bundan başqa, Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan Yaxın Şərqdəki vəziyyət, Suriyada nizamlanma prosesi və Qüds problemi daxil olmaqla, beynəlxalq məsələlər üzrə fikir mübadiləsi aparacaq.

© xezerxeber.az


65 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR