Abramoviç xərçəng üçün 6 milyon dollar ayırıb

11.12.2017 15:13

Rusiyalı milyarder Roman Abromoviç xərçəng xəstələyinin müalicəsi üçün preparatın hazırlanmasına investisiya yatırıb. Bu barədə "Vedomosti" qəzeti yazıb.

Nəşrin yazdığına əsasən, rusiyalı işadamı kəskin leykozu müalicə edəcək preparatın hazırlanması üçün "Oncotartis Inc" biotexnologiya şirkətinə 6 milyon dollar vəsait verib.

Qeyd edək ki, preparat "ОТ-82" adlanır və ABŞ-da gələn ilin ortalarından etibarən 2,5 il müddətinə sınaqdan keçiriləcək. /FaktXəbər

© xezerxeber.az


328 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR