Putindən gözlənilməz səfər - Rusiya qoşunları Suriyadan çıxarılır

11.12.2017 14:40

Rusiya prezidenti Vladimir Putin gözlənilmədən Suriyaya səfər edib.

Putin Suriyanın Xmeymim bölgəsində yerləşən Rusiya hərbi hava qüvvələrinin bazasına baş çəkib.

Putin Rusiya əsgərlərinin Suriyadan çıxarılması haqda əmr verib. Müdafiə naziri və Baş Qərargah rəisinə Rusiya hərbi birləşmələrinin daimi dislokasiya yerinə qaytarılması barədə tapşırıq verilib.

Putin Rusiya hərbçilərinin vətənə qələbə ilə qayıtdıqlarını deyib. Prezident əlavə edib ki, əgər terrorçular yenidən başlarını qaldırsalar, daha ağır zərbələrlə onlara hücum ediləcək.

Qeyd edək ki, bu gün Rusiya prezidentinin Türkiyəyə səfəri gözlənilir. Onun Ankaradan öncə Suriyaya gedəcəyi gözlənilmirdi./azvision.az

© xezerxeber.az


541 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR