"İŞİD tərəfindən aldadılmış 6 mindən çox insan kamikadze kimi özünü partladıb"

22.11.2017 18:20

İŞİD terror təşkilatının sıralarına qoşulmuş 6 mindən çox gənc terrorçu-kamikadzeyə çevrilib.
APA-nın məlumatına görə, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Qüds Qüvvələri komandanı, general-mayor Qasım Süleymaninin İŞİD-in hakimiyyətinin sona çatması ilə bağlı İranın Ali lideri Ayətullah Xameneiyə ünvanladığı məktubunda bildirib..
General qeyd edib ki, 6 mindən çox aldadılmış gənc İslamı müdafiə etmək adı ilə intiharçı fəaliyyətlə partlayıcı ilə dolu maşınlarla meydanlarda, məscidlərdə, məktəblərdə, hətta xəstəxanalarda və müsəlmanların ümumi mərkəzlərində özlərini partladıblar: "Bu cinayətkar əməllər nəticəsində on minlərlə günahsız kişi, qadın və uşaq şəhid olub”.

© xezerxeber.az


621 dəfə oxunub

XƏBƏRLƏR

15.12.2018 13:44

"Milan"a ŞOK CƏZA

ÇOX OXUNANLAR