Bu qadının 37 yaşı, 38 uşağı var

22.11.2017 17:52

Uqanda Respublikasının Kambimbiri kəndində yaşayan 37 yaşlı qadının 38 uşağı var.

37 yaşlı Məryəm Nabatanzi adlı qadın 12 yaşında evlənib. O, ilk uşağını 13 yaşında dünyaya gətirib. Hazırda onun 10 qızı, 28 oğlu var. Nabatanzi 3 dəfə əkiz və üçəm, 3 dəfə də dördəm dünyaya gətirib. Ən böyük uşağı 23 yaşında, ən kiçiyi isə bir neçə aylıqdır.

Artıq uşaq sahibi olmaq istəməyən Nabatanzinin sondoğuşda uşaqlığı alınıb./Metbuat.az

© xezerxeber.az


165 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR