Koalisiya qüvvələri Suriyanı bombaladı: 14 ölü, 32 yaralı

24.10.2017 10:22

ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələri Suriyanın Deyr-əz-Zor şəhərinə yenə hava zərbələri endirib.

Nəticədə azı 14 dinc sakin həyatını itirib, daha 32 nəfər yaralanıb.

Bombardımana hökumət qüvvələrinin nəzarəti altında olan Əl-Qusur məhəlləsi məruz qalıb.

Londonda yerləşən "İnsan haqlarına riayət olunması üzrə Suriya Monitorinq Mərkəzi" qeyri-hökumət təşkilatı isə Deyr-əz-Zorun bombalanması nəticəsində 22 nəfərin öldüyünü xəbər verib.

© xezerxeber.az


50 dəfə oxunub

XƏBƏRLƏR

19.11.2017 16:43

Lavrov İrəvana gedir

ÇOX OXUNANLAR