Əl-İbadidən Tillersona: Heç kim daxili işlərimizə qarışa bilməz

23.10.2017 17:28

İraqın baş naziri Heydər əl-İbadi ABŞ-ın XİN rəhbəri Reks Tillersonun "Həşduş-Şəbi" (xalq könüllüləri) ordu birləşməsi ilə bağlı iradlarına sərt cavab verib. İraq hökumətinin ofisindən açıqlanıb ki, heç kimin ölkənin daxili işlərinə qarışmaq ixtiyarı yoxdur.

Bu arada Səudiyyə Ərəbistanə səfər edən Birləşmiş Ştatların xarici işlər naziri Reks Tillerson bildirib ki, başda İranın dəstəklədiyi "Həşduş-Şəbi" olmaqla, İraqda "İŞİD"lə mübarizə aparan bütün xarici döyüşçülər ölkələrinə qayıtmalıdır. İraqda müharibənin sona yaxınlaşdığını qeyd edən Tillerson, "Xarici döyüşçülər ölkəni tərk edərək iraqlılara öz həyatlarını inşa etmək şansı yaratmalıdır",-deyə söyləyib.

Qeyd edək ki, İraqda mövcud vəziyyətə nəzər etdikdə ölkənin bir qismi hələ də İŞİD terrorçularının nəzarətindədir. Üstəlik ölkədə kürdlərin separatçı çıxışları və vilayətləri mərkəzi hökumətdən ayırmaq cəhdləri İraqda qeyri-stabil vəziyyətin hökm sürdüyünü göstərir. ABŞı narahat edən "Həşduş-Şəbi" ordu birləşməsi isə həm İŞİD terrorçuları, həm də separatçı kürdlərlə mübarizədə İraq ordusuna əhəmiyyətli dərəcədə yardım edir. /faktxəbər

© xezerxeber.az


107 dəfə oxunub

XƏBƏRLƏR

19.11.2017 16:43

Lavrov İrəvana gedir

ÇOX OXUNANLAR