Bəs siz Kiosaki sayağı varlana bilərsiniz?

22.10.2017 13:38

Robert Kiosaki, yapon mənşəli amerikandır, o görkəmli biznesmen, yazıçı, çoxsaylı kitabların müəllifidir. Bu kitabların içində ən populyarı, "varlı ata və kasıb ata” kitabıdır. Bu kitab bütün dünyaya hər bir insanın əgər istəsə böyük bir sərvətə sahib ola biləcəyini göstərir.
Özü də ki, bundan ötrü nə xüsusi təhsil almaq, nə də bütün həyatını əziyyət və zəhmət içində keçirmək tələb olunmur. Sadəcə sizin üçün pul qazanacaq, bir ideya tapmaq lazımdır, daha sonra isə o pulları sizə işləməyə məcbur etmək lazımdır. Kiosakinin kitablarından ruhlanan bir sıra insanlar, arzu edirlər ki, öz işlərindən cavan və varlı şəkildə uzaqlaşa bilsin, onlar həyatda zövqlə yaşamaq və öz var dövlətlərində, qazanclarından həzz almaq istəyirlər.

Bəs nəyə görə real həyatda yalnız tək-tük insan həqiqin var dövlətə sahib ola bilir?
Qısa şəkildə Robert Kiosakinin sistemini bir neçə qayda şəklində formalaşdırmaq olar.

Qayda 1.

Siz varlanmağı həqiqətən ürəkdən, dərin ehtirasla arzulamalısınız. Balaca, zəif istək sizi həmin uğura apara bilməz. Siz bütün ruhunuzla yoxsulluğa, çarəsizliyə və ümidsizliyə nifrət etməli və sözün əsl mənasında maliyyə azadlığı əldə etmək arzusu ilə alışıb yanmalısınız. Yalnız bu tip ehtiras və daxili atəş sizi zənginliyə aparıb çıxara bilər.

Qayda 2.

Siz qəti şəkildə əmin olmalısınız ki, siz bu var dövlətə layiqsiniz və mütləq onu əldə edəcəksiniz. Əgər "varlanmaq bizim kimi adamlar üçün deyil”, "mən heç vaxt bu səviyyəyə çata bilmərəm”, "mən özümə qıyıb, belə bahalı əşya ala bilmərəm”, "Qənaət etmək lazımdır” kimi ifadələr sizə xarakterikdirsə, siz varlana bilməyəcəksiniz. Varlı olmaq üçün varlı insan kimi düşünmək lazımdır, daha dəqiq desək: «Mən pul qazana bilərəm», «Mən nə istəsəm, onu edə bilərəm (ürəyimdən keçəni ala bilərəm» kimi ifadələr.

Qayda 3.

Siz mütləq pul itirmək qorxusundan qurtulmalı, onu bir kənara atmalısınız. Varlanmaq üçün –həmişə yatırım etmək lazımdır, yalnız bu halda pullar sizin üçün işləyəcək. Bu riskdir və bu yolda itkilər qaçılmazıdır. Əksər insanlar məhz ona görə varlana bilmirlər ki, onlar pul itkisini həddindən artıq ağır keçirir, ürəklərinə çox yaxın buraxırlar. Onlar pul itirməkdən çox qorxurlar. Bəs siz doqquz dəfə ardıcıl şəkildə uğursuzluq ilə üzləşməyə və pul itirməyə hazırsınız, sadəcə onuncu dəfə udacağınızı bilirsinizsə və udduğunuz məbləğ sizin bütün itkilərini əvəzini çıxaracaqsa, siz bu çətinliyə gedərsiniz. Kim ki cəsarətlə "hə” deyir, onun böyük var dövlət qazanmaq şansları digərləri ilə müqayisədə daha çoxdur.

Qayda 4.

Siz öz xərclərinizi ixtisar etməli, dəbdəbəli əşyaların alışını daha yaxşı vaxtlara saxlamalı olacaqsınız: varlı insan əvvəlcə öz pullarını investisiyalara və biznesə yatırım edir, yalnız bundan sonra özünə lazım olan bir şeyi alır. Əksər adi insanlar isə bunun tam əksinə hərəkət edir: onlar bahalı əşya alır ki, varlı görünsün. Çoxlarında bu alınır, amma varlı kimi görünmək, hələ varlı olmaq deyil: əgər sizin bahalı avtomobiliniz, mənziliniz, şəhərdən kənarda bağ eviniz varsa, lakin onların hər biri kreditə alınıbsa və ya siz onlardan ötrü cibinizin son qəpiyini xərcləməli olmusunuzsa və sizin sərbəst, əlavə vəsaitiniz yoxdursa –bu o deməkdir, sizə işləyən pullarınız yoxdur və siz varlı deyilsiniz, siz kasıbsınız.

Qayda 5.

Siz passivləri ixtisar etməli, aktivləri genişləndirməlisiniz. Passivlər-xərc tələb edəndir, onlar bir heç gəlir gətirmir: məsələn ev (əgər onu kirayə vermir və orda yaşayırsınızsa), maşın (əgər siz sürücü deyilsinizsə və maşın vasitəsi ilə pul qazanmırsınızsa) və ya noutbuk (əgər onu iş üçün deyil, əyləncə üçün istifadə edirsinizə). Aktivlər isə sizə pul gətirən əsas mənbədir: biznes, investisiya, daşınmaz əmlak, onlar ilə birlikdə icarəyə verilən əşyalar). Əgər sizin ümumiyyətlə aktiviniz yoxdursa v ə ya onun miqdarı çox azdırsa, siz varlı ola bilməyəcəksiniz.

Qayda 6.

Siz muzdla (əməkhaqqı müqabilində işlədiyiniz işdən çıxmağa və öz biznesiniz ilə məşğul olmağa hazır olmalısınız. Yalnız belə olduqda siz yaxşı aktivlər yarada və gələcək investisiyalar üçün yetərincə miqdarda pul qazanmağa imkan əldə edəcəksiniz –axı əsl sərvət yalnız investisiya etmək sayəsində əldə edilir. Başlanğıc kapitalın olmaması sizi saxlamalı, qarşınızı kəsməli deyil, yaddan çıxarmayın ki, biz informasiya əsrində yaşayırıq və bu zəmanədə uğurlu biznes qurmaq üçün hər şeydən daha vacib olan, hər şeydən öncə yaxşı ideyadır. Əgər sız çoxlu miqdarda insan üçün, minimal xərclərlə və maksimal gəlirlə hər hansı bir işi daha yaxşı etməyin yolunu tapa bilsəniz –bu onu göstərir ki, uğurlu biznesinin təməlini qoymaq üçün sizdə lazımı material var.

Qayda 7.

Hətta indi sizin əlinizdə çox az pul olsa belə, siz investisiya etmə sənətinin əsasını öyrənməli, onun mahiyyətini dərk etməli, sərmayəçilik məharətinə yiyələnməlisiniz. Öz maliyyə savadlılığınızı artırmağa başlayın, pulu yatırım etməyin bütün mümkün üsullarını öyrənin –paylı investisiya fondlarına, səhmlərə, banklara, daşımaz əmlaka, qiymətli metala və s. Az-az investisiya etməyi, bu investisiyalardan cəld və sürətli gəlir əldə etməyi öyrənin, məsələn səhmləri tez-tez alıb satın. Zaman keçdikcə, öz biznesinizi inkişaf etdirmək şərti ilə, siz kifayət qədər müvəffəqiyyətli və iri bir investora çevrilə biləcəksiniz. Artıq bu zaman siz biznesinizdən uzaqlaşıb, yalnız investisiyalardan gələn gəlir sayəsində yaşaya bilərsiniz. Məhz həmin zaman arzusunda olduğunuz maliyyə müstəqilliyi sizin üçün yetişmiş olacaq.

Qayda 8.

Bu qayda sadaladığımız punktlar içində ən vacibi ola bilər: siz pulları olduqca çox sevməlisiniz.
Siz daima onlar haqqında düşünməli, onları axtarmalı, onların artırılmasının yeni üsullarını axtarıb tapmalısınız. Bu iş sizin üçün maraqlı, əyləncəli bir proses olmalıdır. Əgər maliyyə ilə bağlı heç nə sizin üçün maraqlı deyilsə, sizin sözün həqiqi mənasında böyük məbləğ əldə etməyinizə şans yoxdur.

Öz kitablarının birində Robert Kiosaki etiraf edir ki, bir zamanlar o, hələ uşaq ikən pilot –təyyarəçi olmaq arzusunda imiş. Amma biznes, daşınmaz əmlak sahibləri ilə sövdələr, investisiyalar və böyük pullar –onun üçün daha çox cəlb edici olub, amma uçmaq üçün yaranan və əsl amalı bu olan insan isə dünyanın heç bir milyardlarına görə öz arzusundan vaz keçməz. Ən fərqli fəaliyyət sahələrində elə insanlara rast gəlmək mümkündür ki, onlar öz sevdikləri işlə hətta havayı, heç nə almadan belə məşğul olmağa çox şad olardılar və onlar bu işi ürəklə yerinə yetirilər. Kimin hünəri çatar ki, onlara bədbəxt desin, onlar kasıb ola bilər, varlı olmaya bilər, amma bədbəxt deyillər.

Öz peşəni –istedadının nəyə uyğun olduğunu tapmaq, artıq bir xoşbəxtlik deməkdir, əsas odur ki, hərənin meyli bir sahəyədir və onu aşkar etmək sizin üçün yaxşıdır. Sözün əsl mənasında varlı olmaq –yəni varlanmaq peşəsi, bütün digər peşələr kimi bu da özünəməxsus istedad tələb edir. Necə ki, bütün peşələrə yiyələnmək üçün hər hansı bir qabiliyyət tələb olunur, varlanmaq da bu sahədə istisna deyil Maliyyə savadlılığına dair kitablarda faydalı sövdələr çoxdur, bu tövsiyələri həqiqətən də ən adi insanlar da öz həyatlarına tətbiq edə bilərlər və bununla da öz rifahlaırnı yüksəltmiş olarlar.

Amma siz sözün həqiqi mənasında yalnız o zaman zəngin ola bilərsiniz ki, pullar sizin əqidənizin bir hissəsinə çevrilsin.

© xezerxeber.az


97 dəfə oxunub

XƏBƏRLƏR

19.11.2017 16:43

Lavrov İrəvana gedir

ÇOX OXUNANLAR