Çavuş əsgəri güllələyib - Ermənistan ordusunda HƏRC-MƏRCLİK…

21.10.2017 16:46

Xəbər verdiyimiz kimi, Azərbaycanın işğal altındakı Qarabağ ərazisində daha iki erməni əsgər ölüb.

Hadisə dünən - oktyabrın 20-də baş verib. İlkin məlumatlarda Aram Xaçatryan (1998-ci il təvəllüdlü) və Qraç Avetisyanın (1997-ci il təvəllüdlü) silahdan istifadə qaydalarının pozulması nəticəsində ölümcül güllə yarası aldığı bildirlirdi.

Modern.az xəbər verir ki, Ermənistan mətbuatı artıq faktla bağlı yeni məlumat yayıb.
Bildirlir ki, 19 yaşlı Aram Хаçatryanın güllələnməsinə görə saxlanılan var.
Bu barədə Ermənistan İstintaq komitəsinin mətbuat xidmətindən məlumat verilib.
Üçüncü qarnizon istintaq şöbəsində həyata keçirilən istintaq hərəkətləri nəticəsində bir sıra məqamlar aşkarlanıb. Məlumata görə, əsgər hərbi hissələrdən birinin döyüş mövqeyində sağ çiynindən güllə yarası alıb. Aram Xaçatryan hərbi hospitala çatdırılarkən yolda dünyasını dəyişib.
İstintaq komitəsinin məlumatına görə, həyata keçirilən istintaq hərəkətləri nəticəsində kifayət qədər faktlar onun öldürüldüyünü deməyə əsas verir.
Hadisəni törədən şəxs də artıq müəyyənləşib. Qətldə şübhəli bilinən həmin hərbi hissənin müddətli xidmət hərbi qulluqçusu, kiçik çavuş saxlanılıb. İstintaq davam etdirilir.


Qeyd edək ki, son vaxtlar Ermənistanın Dağlıq Qarabağda yerləşdirdiyi hərbi hissələrdə "dedovşina", hərc-mərclik halları artıb. Baş verən bu hadisə də yəqin ki sonuncu belə fakt olmayacaq...

© xezerxeber.az


195 dəfə oxunub

XƏBƏRLƏR

19.11.2017 16:43

Lavrov İrəvana gedir

ÇOX OXUNANLAR