Rəsmi Madrid Kataloniyanın fəaliyyətini məhdudlaşdırır

21.10.2017 16:18

İspaniya hökuməti Kataloniyanın muxtariyyat statusunun dayandırılmasına dair qərar verib.

Xezerxeber.az-ın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bunu İspaniya baş naziri Mariano Rahoy bəyan edib.

Rəsmi Madrid əyalətə münasibətdə ölkə Konstitusiyasının 155-ci maddəsini işə salıb.

Bu maddəyə əsasən, İspaniya hökuməti Kataloniyada birbaşa idarəetməyə keçib.

Baş nazir Mariano Rahoy bildirib ki, Kataloniyada həmçinin hökumət də istefaya göndəriləcək, növbədənkənar seçkilər keçiriləcək. O bildirib ki, Madrid Kataloniya hökumətinin bütün üzvlərini hakimiyyətdən kənarlaşdırır. 
M. Rahoyun sözlərinə görə, Kataloniyada növbədənkənar parlament seçkiləri keçiriləcək.

"Muxtariyyat məhdudlaşmır, sadəcə qanun çərçivəsindən çıxan hökumət kənarlaşdırılır", - deyə o vurğulayıb.

© xezerxeber.az


81 dəfə oxunub

XƏBƏRLƏR

19.11.2017 16:43

Lavrov İrəvana gedir

ÇOX OXUNANLAR