Dünyanın diqqəti İraqda - Bərzani səs verdi

25.09.2017 12:58

İraq Kürdüstanı Yerli Müxtariyyətinin rəhbəri Məsud Bərzani bu gün keçirilən müstəqillik referendumunda səs verib.

XəzərXəbər xəbər verir ki, səsvermə Ərbildə olan səsvermə məntəqələrinin birində baş tutub. O, jurnalistlərin suallarına cavab verməyib.

Qeyd edək ki, İraq hökuməti və parlamenti referendumun qanunsuz olduğunu bəyan edib. ABŞ, Almaniya, Fransa və BMT nümayəndələri M.Bərzani ilə görüşərək alternativ təklif irəli sürərək referendumu təxirə salmağa çağırıblar. M. Bərzani isə geri addım atmayacaqlarını deyib.

© xezerxeber.az


208 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR