Rusiyanın maliyyə naziri: "Hökumətin iqtisadi siyasəti özünü doğruldur"

23.09.2017 15:57

"Fitch”in ardınca digərbeynəlxalq reytinq agentlikləri də Rusiyanın reytinqi ilə bağlı müsbət qərar qəbul edəcək.

"Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, bu açıqlama ilə ölkənin maliyyə naziri Anton Siluanov çıxış edib.

Xatırladaq ki, "Fitch” Rusiyanın emitentin xarici və milli valyutada defolt reytinqini "BBB-” səviyyəsində təsdiqləyib, reytinq üzrə proqnozu isə "Sabit”dən "Müsbət”ə dəyişib.

"Agentliyin qərarı göstərir ki, Rusiya hökumətinin iqtisadi siyasətimüsbət qiymətləndirilir. Bu siyasət həm iqtisadi artımın stimullaşdırılması, həm də valyuta məzənnələri gözləntisi əsasında inflyasiya baxımından özünü doğruldur”, - deyə nazir qeyd edib.

Onun sözlərinə görə, beynəlxalq reytinq agentlikləri və analitiklər də Rusiyaya investisiya qoymaqla bağlı böyük marağın olduğunu görürlər.

© xezerxeber.az


86 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR