Bali adasındakı vulkan püskürmə həddinə yaxınlaşıb

23.09.2017 15:35

İndoneziya Bali adasındakı Aqunq vulkanının mümkün püskürməsi səbəbindən yüksək təhlükə dərəcəsi elan edib.

AZƏRTAC BBC agentliyinə istinadla xəbər verir ki, artıq 10 min insan mümkün püskürmə rayonundan təxliyə olunub. Hakimiyyət orqanları yerli əhalini vulkandan azı 9 kilometr radiusunda uzaqlaşmağa çağırır. Vulkanın ətrafında fasiləsiz seysmik təkanların baş verdiyi, yer səthinə maqma qalxması əlamətlərinin müşahidə edildiyi bildirilir.

Xatırladaq ki, 1963-cü ildə Aqunq vulkanının sonuncu püskürməsi zamanı mindən çox həlak insan olmuşdu.

Şənbə günü səhər, təhlükə dərəcəsi rəsmən artırıldıqdan bir neçə saat sonra hakimiyyət dairələri mümkün püskürmə rayonunda seysmik aktivliyin davam etdiyini təsdiqləyiblər.

Hər il milyonlarla turistin istifadə etdiyi Bali beynəlxalq aeroportu hələlik normal rejimdə işləyir.

© xezerxeber.az

FOTOQALERIYA






91 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR