Moskvada nə baş verir? - 8 idarə təxliyə olundu

19.09.2017 14:39

Moskvada səhər yenə həyəcanlı açılıb. Trend-in məlumatına görə, paytaxt hüquq-mühafizə orqanlarından verilən xəbərə görə, Moskvada minalanmış obyektlər barədə anonim zəng alındıqdan sonra 8 idarənin əməkdaşları təxliyə edilib.

Məlumata görə, partlayıcı qurğuların Lyublino, Vnukovo, Basmannıy, Boqorodskoye, Kuzminki, Naqorniy, Solnsevo və Lefortovo rayon idarələrinə qoyulması barədə anonim zənglər qəbul olunub.

Qeyd olnur ki, anonim zənglərlə əlaqədar hər idarədən 50-250 adam təxliyə edilib.

© xezerxeber.az


75 dəfə oxunub

ÇOX OXUNANLAR