Gürcüstanda parlament seçkilərinin rəsmi nəticələri açıqlanıb

03.12.2020 21:00

Gürcüstanın Mərkəzi Seçki Komissiyası (MSK) oktyabrın 31-də ölkədə keçirilmiş parlament seçkiləri ilə bağlı yekun nəticələri elan edib.

Xezerxeber.az xəbər verir ki, MSK-nın son qərarına əsasən, hakim Gürcü Arzusu-Demokratik Gürcüstan partiyası seçkilərdə 48,22 faiz səs toplayıb.

Bununla da hakim partiya X çağırış Gürcüstan parlamentində proporsional sistem üzrə 60, majoritar sistem üzrə isə 30 olmaqla ümumilikdə 90 deputat mandatı əldə edib.

Bu seçkilərdə mübarizə aparan 8 siyasi müxalifət partiyası isə ümumilikdə parlamentdə 60 yer qazanıb.

Onların da sırasında ən çox yeri Vahid Milli Hərəkat-Güc Birlikdədir bloku qazanıb - 36 mandat.

© xezerxeber.az


240 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR