Türkiyə-Ermənistan münasibətlərində müsbət dinamika yarana bilər - AÇIQLAMA

03.12.2020 16:29

"Biz Qarabağda münaqişəyə Azərbaycanın ərazi bütövlüyü nəzərə alınmaqla, beynəlxalq prinsiplər əsasında son qoymağa yönəlmiş bütün cəhdləri dəstəkləyirik. Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanan razılaşma 30 ildən sonra sülhün bərqərar olunması üçün real imkanlar yaradır. Bu, regional sabitliyə, həmçinin Türkiyə-Ermənistan münasibətlərinə müsbət təsir göstərə bilər”.

Xezerxeber.az xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ATƏT-in Xarici İşlər Nazirləri Şurasının video-konfrans formasında keçirilən 27-ci iclasında çıxış edərkən deyib.

Atif

© xezerxeber.az

FOTOQALERIYA






137 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR