Portuqaliyada 60 min iş yeri bağlana bilər

03.12.2020 15:55

Portuqaliyaya əhəmiyyətli sayda turistlər yalnız 2021-ci ilin üçüncü rübündə qayıtmağa başlayacaqlar.

Turizm üzrə Dövlət katibi Rita Markeş Portuqaliyada müvafiq sahədə 60 min iş yerinin bağlanmasının gözlənildiyini bildirib. O əlavə edib ki, proqnozlara görə, hər şey COVID-19 əleyhinə vaksinin uğurundan asılıdır.

Bununla belə, Portuqaliya turizminin 2023-cü ilə qədər virusdan əvvəlki səviyyəyə qayıtması gözlənilmir.

Rita Markeşin sözlərinə görə, Alqarve ən çox təsirlənən bölgə olacaq. Dövlət katibi, bölgədəki işsizliyin keçən illə müqayisədə 134 faiz artdığını, İngiltərənin Avropa İttifaqından çıxmasının isə ingilis turist sayının azalacağına gətirib çıxaracağını ehtimal etdiyini söyləyib.

Səlahiyyətli orqanlar iqtisadi modelin şaxələndirilməsini və beləliklə də turizmdən daha az asılı olmağı təklif edirlər.azertac

Nərmin Məcidli 

© xezerxeber.az


114 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR