Bakı
9 C
USD
EUR
1.7000
2.025
RUB
GBP
0.0244
2.1107
XƏBƏR
ARXİVİ

“Arden Fair Mall” AVM-də atışma olub, ölən var

28.11.2020 12:16

Kaliforniyanın Sakramento şəhərində ötən gün axşam "Arden Fair Mall” AVM-də baş verən atışma nəticəsində bir nəfər ölüb, bir nəfər isə yaralanıb.

Xezerxeber.az "CNN”ə istinadən xəbər verir ki, şəhər polisindən verilən məlumata görə, hadisədən dərhal sonra AVM boşaldılıb və polis icazə verənədək bağlı qalacaq.

Şəhər Polis Departamentinin nümayəndəsi Karl Çan mətbuat konfransında bildirib ki, hadisə yerinə gələn polis iki ağır yaralı aşkarlayıb. Onlardan biri hadisə yerində keçinib, digəri xəstəxanaya çatdırılıb. Hadisəni törədən şəxs axtarılır.

Nərmin Məcidova 


© xezerxeber.az


155 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR