Paşinyan 10 noyabr gecəsi nələr yaşayıb? - Sirlər açılır

27.11.2020 18:53

Ermənistanın Baş naziri Nikol Paşinyan dövrün xarici işlər naziri Zohrab Mnatsakanyan və müdafiə Naziri David Tonoyan, baş qərargah rəisi Onik Qasparyan, baş nazirin müavini Tiqran Avinyan, parlamentin sədri Ararat Mirzoyan və qondarma rejimin başçısı Araik Arutyunyana üçtərəfli bəyanatı imzalamaq niyyəti barədə məlumat vermişdi.

XəzərXəbər xəbər verir ki, bu barədə "Qraparak" erməni nəşri yazır.

Nəşrin məlumatına görə, baş nazirin xəbər verdiyi rəsmilərdən yalnız Ararat Mirzoyan Qarabağla bağlı üçtərəfli bəyanata etiraz edib. O, baş nazirə xalqın onu bağışlamayacağını xəbərdarlıq edib.

Baş nazirin müavini Tiqran Avinyan isə sənədin imzalanmasında israr edib.

Xatırladaq ki, Rusiya, 10 noyabrda Azərbaycan və Ermənistan liderləri Qarabağda atəşkəsə dair birgə bəyanat imzaladı.

Qarabağla bağlı açıqlamadan sonra bir qrup vətəndaş hökumətə, daha sonra parlamentə toplaşaraq rəsmilərlə görüş tələb etdi. Onlar parlamentin sədri Ararat Mirzoyanı avtomobildən sürüyərək ailənin gözü qarşısında döydü./publika.az


Ramil

© xezerxeber.az


374 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR