Bakı
18 C
USD
EUR
1.7000
2.025
RUB
GBP
0.0244
2.1107
XƏBƏR
ARXİVİ

Ermənistan koronavirusa yoluxanların ümumi sayına görə Çini keçib

30.10.2020 11:26

Ermənistanda koronavirusa yoluxanların sayı sürətlə artır. Son sutka ərzində ölkədə daha 2398 nəfərdə koronavirus aşkarlanıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə məlumatı Ermənistan Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Onların Profilaktikası Milli Mərkəzi yayıb.

Bildirilir ki, bununla da Ermənistanda virusa yoluxanların ümumi sayı 87 min 432-yə yüksəlib. Bu göstərici ilə Ermənistan COVID-19 virusunun ilk mənbəyi olan Çini keçib. Qeyd edək ki, Çində bu günədək 85 min 940 koronavirusa yoluxma faktı qeydə alınıb.

Ölkədə pandemiyadan ölənlərin sayı daha 28 nəfər artaraq 1300-ə çatıb.

Hazırda Ermənistanda 31 min 458 aktiv koronavirus xəstəsi var.

Xatırladaq ki, əhalinin hər yüz min nəfərinə düşən yoluxma hallarının sayına görə, Ermənistan MDB məkanında birinci yerdədir.

© xezerxeber.az

FOTOQALERIYA






151 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR