Türkiyə MN-dən sərt bəyanat

28.10.2020 18:16

Türkiyə Milli Müdafiə Nazirliyi Ermənistan ordusunun Azərbaycanda dinc sakinlərin yaşadığı şəhərlərə raket hücumunu qınayıb.

Bununla bağlı nazirliyin "Twitter” hesabında paylaşım edilib.

"PKK terror təşkilatı ilə əməkdaşlıq edəcək qədər aciz davranan Ermənistan ordusu atəşkəs rejimlərini həmin an pozaraq mülki vətəndaşların qətliamına davam edir.

Azərbaycan ordusu isə cəbhədə  mərd və qəhrəmancasına mübarizədə 183 yaşayış məntəqəsini işğaldan azad edib və buna davam edir”, – deyə paylaşımda bildirilib.

© xezerxeber.az


250 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR